banner
banner

Şou

“Səhər 6-dan gecə 1-ə kimi qulluğunda dururam" - "Toppuş bacı"

“Səhər 6-dan gecə 1-ə kimi qulluğunda dururam" - "Toppuş bacı"

Əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) şəxsi həyatından danışıb. 
Axşam.az-ın məlumatına görə, “APA TV”-də yayımlanan “Show time” verilişinə qonaq olan aktrisa həyat yoldaşının ona qoyduğu qadağalara uyğunlaşdığını deyib: 
“Yoldaşım hər işimə qarışır. Əcəb edir. Bizim evdə ilk və son sözü kişi deyir. Mən öz evimizdə belə görmüşəm. Atam söz deyib, anam da deyib ki, baş üstə. Aktrisalar arasında mənim yaşımda, ağlımda ev qadını yoxdur. Varsa da, Allah canlarını sağ eləsin. Mən səhər saat 6-dan gecə 1-ə qədər həyat yoldaşıma “Nə istəyirsən?” sualını verib, yatıram. Yəni onun qulluğunda dururam. Yəni gecənin bir aləmi o, məni yuxudan oyadıb, desə ki, su istəyirəm, mən onun bu sözünə ərinmərəm. Özümü elə də tərifləmirəm. Mənim də kaprizlərim var. Həyat yoldaşım maşında telefon oynatmağa icazə vermir. Yəni yolda onun yanında telefonu oynatmıram. Nəinki mən, bacılarım, qardaşım qızları, ümumiyyətlə qadın xeylaqları bizim maşına mindisə, maşında telefonla oynaya bilməz. Çünki yoldaşımın xasiyyətinə bələddilər. Bizim ailədə qanun budur. Hər efirə gələndə də geyinirəm, “hə” deyir, daha sonra evdən çıxırıq. Onun sözü mənə qanundur”.

Xatırladaq ki, T.Əliyeva 2013-ci ildən Röyal adlı bəylə ailəlidir. Cütlüyün 2016-cı ildə bir qızı olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.