Bu gün Almaniyanın paytaxtı Berlin şəhərundə “Böyük 20-lik” (G20) adlanan qurumun “Beyin sammiti” mayin 28-də Berlində öz işinə başlayıb. Sammitdə Almaniya, İsveç, eləcə də bir sıra inkişaf etmiş ölkələrin nazirləri ilə yanaşı Corc Akerlof, Edmund Strofer Felps, Maykl Spens kimi Nobel mükafatı almış iqtisadçılar da iştirak edəcəklər.
Musavat.com-a verilən mlumata görə, G20-nin “Beyin sammiti”ndə Azərbaycanı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov təmsil edir. CESD sədrinin Berlinə səfəri G20 “Beyin sammiti” sədrinin dəvəti ilə reallaşıb. Qeyd edək ki, azərbaycanlı alim bütövlükdə regionadan sammitə dəvət edilən yeganə beyin mərkəzi rəhbəridir. CESD qlobal qiymətləndirmədə Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzidir.
Tədbirdə qlobal iqtisadi sisteminin üzləşdiyi problemlər, o cümlədən enerji və valyuta bazarlarındakı vəziyyət, sosial və vergi siyasətləri, aqrar məsələlər və proteksianizm kimi mövzualar müzakirə ediləcək. Eyni zamanda tədbirdə qlobal maliyyə sistemi və hətta Türkiyə- Avropa Birliyi kimi məsələlərə də toxunulması nəzərdə tutulur.
Sammitdə eyni zamanda dünyanın 100 ölkəsindən dəvət edilən eyni sayda talantlı gənclər iləbeyin mərkəzləri rəhbərlərinin görüşü və müzakirələri nəzərdə tutulub. 3 gün davam edəcək görüşdə eyni zamanda bu ilin iyul ayında Hamburq şəhərində təşkil edləcək G20 ölkələrinin liderlərinin iştirak ilə keçiriləcək sammitində beyin mərkəzlərinin töhvəsi məsələləri də müzakirə mövzusu olacaq.
Vüqar Bayramov bildirib ki, sammitdə qlobal enerji, maliyyə bazarları ilə bağlı təşkil edilən müzakirələrdə iştirak edəcək və eləcə də bir sıra panellər üzrə öz fikirlərinin bölüşdürülməsi nəzərdə tutulub.
Qeyd edim ki, G20-ə hazırda Almaniya sədrlik edir.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.