banner
banner

Dünya

İraqda terrorçu-kamikadze özünü partladıb: 13 ölü, 22 yaralı

İraqda terrorçu-kamikadze özünü partladıb:

İraqın Anbar əyalətində yerləşən Hit şəhərində terrorçu-kamikadze özünü partladıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 13 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.

Məlumata əsasən, partlayış şəhərin mərkəzində məktəbin yaxınlığında baş verib. Bütün yaralılar xəstəxanaya çatdırılıb. Regionda fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə cavabdehliyi öz üzərinə götürməyib.

Qeyd edək ki, ötən sutka ərzində İraqda İŞİD terror qruplaşması tərəfindən törədilən terror aktları nəticəsində 27 nəfər həlak olub, 100-dən artıq insan yaralanıb.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.