"Erməni soyqırımı beynəlxalq yalandır" sözlərinə görə ittiham edilən Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçek məsələsinə dair Avropa İnsan Haqları Məhkəməsində (AİHM) keçirilən dinləmələr zamanı Türk paşası təhqir olunub. ANS PRESS-in məlumatına görə, məhkəmədə Ermənistanı müdafiə edən vəkil Ceffri Robertson Tələt Paşanı faşist lider Adolf Hitlerlə müqayisə edib.
Robertson Osmanlı dövründə “İttihat və Tərəqqi” partiyasının məşhur triosundan biri olan Tələt Paşanı (digərləri Ənvər Paşa və Camal Paşa) “Türkiyənin Hitleri” adlandırıb.
Xatırladaq ki, hüquq elmləri doktoru, Türk İşçi Partiyasının sədri, Doğu Perinçek 2005-ci ildə İsveçrədə keçirilən konfranslarda 1915-ci ildə ermənilərə qarşı Osmanlı imperiyasının "soyqırım" həyata keçirməsini təkzib edərək "erməni soyqırımı" ideyasını "beynəlxalq yalan” adlandırıb.
2005-ci ilin iyul ayında "İsveçrə-Ermənistan Assosiasiyası" Perinçekin söylədiklərinə qarşı cinayət işi tələb edən şikayətlə İsveçrə məhkəməsinə müraciət edib. 2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq D.Perinçekə 90 günlük şərti həbs cəzası və 3000 İsveçrə frankı cərimənin (2,5 min dollar) ödənilməsinə dair qərar qəbul edib.
2007-ci ilin dekabr ayında məhkəmənin qərarına etiraz edən D.Perinçek öz hüquqlarının pozulması ilə əlaqədar AİHM şikayət edərək, Avropa Konvensiyasının İnsan Hüquqları üzrə qanunun, xüsusilə maddə 7 (qanunsuz cəza) və maddə 10 dair (söz azadlığı) öz narazılığını bildirib. AİHM 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edib. 2014-cü ilin martında İsveçrə hökuməti AİHM qərarından apellyasiya şikayəti verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.