banner
banner

Dünya

ABŞ Şimali Koreyanın "raket zərbəsinə" hazırdır

ABŞ Şimali Koreyanın "raket zərbəsinə" hazırdır

"Metro" qəzeti yazır ki, Pentaqon Şimali Koreyanın hədələdiyinə bənzər hücumların qarşısını almağa hazırdır.

Məqalədə deyilir ki, ABŞ hərbiyyəsi yerüstü raket zərbəsindən Müdafiə Radarını ötən gecə uğurla sınaqdan keçirib.

Bununla da Trump administrasiyası amerikalıların müdafiəsi üçün bir neçə mərhələli müdafiə sisteminin mövcud olduğunu təsdiqləyib.

Bu da qeyd olunur ki, bu, 1999-cu ildən bəri keçirilən 17 sınaqdan uğurla başa çatan 10-cusudur.

"Biz nəticədən asılı olmayaraq hər bir yeni sınaqdan öyrənir və sistemi təkmilləşdiririk. Sınaqların keçirilməsindən məqsəd də elə budur" - Pentaqonun sözçüsü kapitan Jeff Davis deyib.

Bununla belə, sözçü əlavə edib ki, bu dəfəki sınaqda inkişaf etdirilmiş sistemdən istifadə olunub.

Onun sözlərinə görə, sınaq sistemin daha da təkmilləşdirilməsinə imkan verəcək.

Raket Hücumundan Müdafiə Alyansının təsisçisi Riki Ellison isə daha açıq danışıb. O deyib ki, bu sınaq "həyati" məna daşıyır:"Biz sınaq zamanı Birləşmiş Ştatların Şimali Koreyanın mümkün zərbəsindən müdafiəsini yoxlayırdıq."

Xəbərlərdə deyilir ki, sınaq zamanı Şimali Koreya raketini təqlid edən maket uçuş zamanı yarı yolda vurulub (BBC).

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.