banner
banner

Gündəm

Birinci vitse-spiker HİDDƏTLƏNDİ: “Bunlar elə tayfadır ki...”

Birinci vitse-spiker HİDDƏTLƏNDİ:

“Ermənilər yalnız cəbhədə vəziyyəti gərginləşdirmirlər. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirirlər və cavablarını alırlar və bundan sonra da alacaqlar. Narahatlığa heç bir əsas yoxdur”.

Cia.az xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Birinci vitse-spiker bildirib ki, biz bu yaxınlarda Tiflisdə NATO-nun Parlament Assambleyasında çox böhtan xarakterli çıxışlar edildi və Azərbaycanın nümayəndə heyəti onların çox gözəl cavabını verdi.

 

“Bir çox hallarda sübut edə bildik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir. Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. 1 milyondan çox qaçqın və köçkün var ki, onların da 300 min nəfəri uşaqlardır.

 

Biz həmişə beynəlxalq tədbirlərdə bu məsələni qaldırırıq. Bu isə ermənilərin iç üzlərini açıb göstəririr.

 

Çünki bunlar elə bir tafyadırlar ki, heç nədən elə şey uydururlar ki, adam məəttəl qalır. Amma bizim əsaslandığımız beynəxalq, tarixi sənədlər var. biz bu sənədlərlə də avropalı həmkarlamıza məlumatlar çatdırdıq və bildirdik ki, hazırkı vəziyyət necədir”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.