"Ağdam Azərbaycan şəhəridir. Bu şəhər Qarabağ müharibəsi zamanı həqiqətən də dağıdılıb. Şəhərdə hər yer dağılıb, bircə məscidə heç nə olmamışdı. Ağdam haqqında onu deyə bilərəm ki, bu şəhərdə erməni yaşamır, indi ölü şəhərdir".
Cİa.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu hazırda Rusiyada yaşayan erməni əsilli akademik Abel Aqanbekyan deyib.
O, Dağlıq Qarabağda separatçılığın yaranmasında özünü günahkar saymadığını da bildirib: "Mən özümü Dağlıq Qarabağda baş verən hadisələrdə, insan itkilərində günahkar saymıram. Orada nə qədər adam ölüb ki?! Yuqoslaviyada və Ukraynada daha çox adam ölüb. Mən bildiyim qədəri ilə Qarabağ müharibəsində Ukraynada olduğu kimi çoxlu sayda dağıntılar törədən "Qrad" qurğusundan istifadə olunmayıb".
Abel Aqanbekyan hazırda Ermənistandakı iqtisadi vəziyyəti də şərh edib: "Ermənistanda iqtisadi vəziyyət çox acınacaqlıdır. Ölkədə iqtisadi durum Rusiyadan üç dəfə aşağıdır. İstahsalat dayanıb, sənaye müəssisələri işləmir. Əmək haqları verilmir. Ermənistan əhalisi yoxsulluqdan ölkəni kütləvi tərk edir".
Qeyd edək ki, Abel Aqanbekyan Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsinin təşəbbüskarlarından biri olub. O, "yenidənqurma" dövründə Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.