banner
banner

Sosİal

Sumqayıtda qəribə qadağa - VİDEO

Sumqayıtda qəribə qadağa

Sumqayıt şəhərində bundan sonra sakinlər paltarı qurutmaq üçün istədiyi yerdən asa bilməyəcək. 

CİA.Az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, bunun üçün şəhər icra hakimiyyətində tədbirlər planı hazırlanıb. Artıq şəhər sakinlərinə də xəbərdarlıq edilib.

Binaların qarşısındakı səkilərdə piyada gedərkən insanların başına su damcılayır.

Qurutmaq üçün necə gəldi asılmış paltarlar şəhərin görüntüsünə ziyan vurmaqla yanaşı, həm də narahatlıq doğurur.

Görüntülər Sumqayıtdandır. Çoxmərtəbəli binaların bəzi sakinləri yuyulan paltarları qurutmaq üçün eyvandan həyətdə, ya da küçənin ortasındakı dirəklərə uzadılan iplərə asır. Sakinlər başqa çarələrinin olmadığını deyərək özlərini müdafiə edir.

İlkin mərhələdə binaların küçəyə tərəf hissəsində paltar sərilməsi qadağan ediləcək. Bu iş mənzil istismar sahələrinə tapşırılıb.Hər mənzil istismar sahəsi öz ərazisində sakinlərə xəbərdarlıq edir. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.