banner
banner

Gündəm

Yasamal polisindən bir ilk

Yasamal polisindən bir ilk

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbir Yasamal Rayon Polis İdarəsinin və rayon Qeydiyyat Şöbəsinin rəhbərliyinin təşəbbüsü ilə iyunun 1-də gerçəkləşib.

Uşaqların Beynəlxalq Müdafiəsi günündə təşkil edilən tədbir çərçivəsində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinə gedən əməkdaşlar bir ilkə imza atıblar. Həmin gün dünyaya göz açan, Yasamal rayon qeydiyyatına düşən 3 körpənin doğum haqqında şəhadətnamələrini və şəxsiyyət vəsiqələrini onların valideynlərinə təqdim ediblər.   

 

Gələcəkdə belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.  

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.