banner
banner

Dünya

Wikileaks: “ABŞ Qətərin İŞİD-i maliyyələşdirdiyini bilirdi”

Wikileaks: “ABŞ Qətərin İŞİD-i maliyyələşdirdiyini bilirdi”

ABŞ Qətər və Səudiyyə Ərəbistanının İŞİD-i maliyyələşdirməsindən xəbərdar olub.

Cia.az xəbər verir ki, “Wikileaks”in yaydığı yeni məxfi sənədlərdə keçmiş Dövlət katibi Hillari Klintonun öz seçki qərargahının keçmiş rəhbəri Con Podestaya 2014-cü il avqustun 17-də göndərdiyi elektron məktubda ABŞ-ın Yaxın Şərq siyasətindən bəhs olunur. Məktubda İŞİD-ə qarşı kürd peşmərgələrindən və Azad Suriya Ordusunun döyüşçülərindən isitfadə olunması təklif olunur.

 

“Bu hərbi və yarımhərbi əməliyyatlarımızın davam etdiyi zamanda, ənənəvi diplomatik və kəşfiyyat metodları ilə regiondakı radikal sünni qruplaşmalara maliyyə yardımı göstərən Qətər və Səudiyyə Ərəbistanına təzyiq göstərmək lazımdır”.

 

İyunu 5-də Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Mavriki Respublikası, Maldiv Adaları və Liviya hökuməti Qətəri ekstremizmi və terrorizmi dəstəklədiyi üçün onunla diplomatik əlaqələri kəsmişdi.

 

Ölkələr arasında aviasiya və dəniz əlaqələri kəsilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.