Bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənovun ad günüdür. Cia.az-ın məlumatına görə, nazirin 58 yaşı tamam olur.
General-polkovnik Zakir Əsgər oğlu Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub.
1976-ci ildə Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbi bitirib.
1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib və həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək Sibir Hərbi Dairəsində xidmətini davam etdirib.
1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.
1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 №-li Sərəncamı ilə Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilmiş, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
Horadiz əməliyyatı daxil olmaqla Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli müvafiq əmri ilə "Sərhəddə fərqlənməyə görə" medalı, Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 30.06.2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 11.03.2008-ci tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı və 19.04.2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və “general-polkovnik” hərbi rütbəsi verilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.