Cəbhənin Gədəbəy bölgəsində itkilərlə müşayiət olunan toqquşmalar müxtəlif versiyalara yol açıb. Son vaxtlar, xüsusilə də Gümrü hadisələrinin ardınca işğalçı ölkənin silahlı qüvvələrinin Qarabağ cəbhəsində deyil, Ermənistan-Azərbaycan sərhədində azğınlaşmasının özəl səbəblərinin olduğu artıq heç kimdə şübhə doğurmur.
Güman olunur ki, Moskva son vaxtlar Bakı və Avropanın Qarabağ məsələsində mövqelərinin yaxınlaşması, üstəlik, Azərbaycanın Avrasiya Birliyinə aparılması istiqamətində cəhdlərinin uğursuzluğa düçar olmasını görərək gərginliyi artırmaq, münaqişəni alovlandırmaq istəyir.
Politoloq Vəfa Quluzadə cəbhədəki son gərginliyin arxasında Rusiya-Amerika əlaqələrinin günü-gündən kəskinləşməsi faktorunun axtarılmasını tövsiyə edir: “Putinin siyasəti ona yönəlib ki, Qərb onun Ukraynadan geri çəkilmək istəmədiyini görərək danışığa gedəcək və nədəsə geri çəkiləcək. Bu mənada Astanadakı görüşə böyük ümidlər var idi. Astanada Putin başda oturacaqdı, Nazarbayev onun köməkçisi statusunda olacaqdı, Merkellə Olland isə Rusiya prezidentinin hüzuruna gələcəkdi. Çünki Putin Qazaxıstanı özününkü sayır, Qərbi də öz ayağına gətirmək istəyirdi. Amma bu, baş tutmadı. Bu, Putinə möhkəm bir mesaj idi ki, Qərb sənin qabağından çəkilmək istəmir və səninlə heç bir razılıq, danışıq, geriçəkilmə olmayacaq. Artıq yeni sanksiyalar da gündəmdədir”.
V.Quluzadə deyir ki, bu vəziyyətdə Rusiya da Qərbə dəhşətli zərbə vurmaq istəyir: “Qərbin strategiyası ondan ibarətdir ki, yaxın gələcəkdə Avropanın Rusiya neftindən və qazından asılılığı qurtarsın. Yəni Azərbaycan üzərindən. Ona görə də cəbhə xəttində hər dəfəki gərginlik Qərbə bir mesajdır ki, sizin Azərbaycandakı maraqlarınızı və kommunikasiyalarınızı dağıda bilərik. Ukraynada bütün dünya Rusiyanın yaxasından tutur ki, ”bütün stabilliyi pozan Moskvadır". Ancaq burda Putin bar-bar bağıracaq ki, bunlar müharibə vəziyyətindədir, barışmaları üçün əlimizdən gələni etdik. Amma hər iki tərəf dikbaşlıq göstərdi, barışmadılar, indi də müharibə edirlər. Yəni buna hesablanmış bir məsələdir. Ona görə də mən bütün bu cəbhə xəttində baş verən gərginliklərin Moskva tərəfindən idarə olunduğu qənaətindəyəm".
V.Quluzadə vəziyyətin kifayət qədər təhlükəli olduğu qənaətindədir: “Hər atəşkəsin pozulması kifayət qədər təhlükəlidir. Rusiyalı politoloqlar da orda-burdan deyirlər ki, bəli, atəşkəsin pozulması hər dəqiqə müharibəyə gətirib çıxara bilər. Mən bunu dəfələrlə demişəm. Bu da nədən asılıdır? Rusiya-Amerika əlaqələri dəfələrlə gərginləşəcək, Amerika və Avropa geri çəkilməyəcək. Ona görə də biz hər dəqiqə böyük müharibəyə hazır olmalıyıq. Eyni zamanda Azərbaycanın daim öz müttəfiqləri - Amerika, Avropa, Türkiyə ilə təmasları olmalıdır. Cəbhədəki vəziyyət daim onlarla birgə təhlil olunmalı və müharibəni gözləmədən Azərbaycana ciddi yardımlar göstərilməlidir. Artıq Azərbaycan öz mövqeyini pərdələyə bilməyəcək. Məsələn, Merkel Azərbaycan prezidentinin hüzurunda Rusiyanın Qarabağ məsələsinin arxasında dayandığını dedi. Bu da o deməkdir ki, biz Merkelin mövqeyi ilə razıyıq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdı, başqa çarəmiz də yoxdur. Nəhayət, biz Rusiyanın Qarabağ məsələsinin arxasında dayandığını, hər an bu münaqişəni alovlandırmağa hazır olduğunu dünyaya bəyan etməliyik”. //musavat.com
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.