Ronaldo həmkarının xanımı haqda: "O, mənim arvadım olsaydı..."
Braziliyalı futbolçu Ronaldo jurnallardan birinə maraqlı açıqlama verib. Vaxtının çox hissəsini partilərdə keçirən futbolçuya baş məşqçiləri Perez yaxınlaşaraq deyib: “Ronni, niyə vaxtının çoxunu evində keçirmirsən? Fiqoya bax. O, həmişə evində, həyat yoldaşının yanında olur”. İdmançı məşqçisinə belə cavab verib: “Fiqonun xanımını görməmisiniz? O, mənim arvadım olsaydı, mən də partilərdə deyil, onun yanında oturardım”. Qeyd edək ki, Fiqo İsveçrəli model Helen Svedin ilə evlidir. Cütlüyün 3 uşağı var. Buna baxmayaraq, Helen ideal bədən quruluşu ilə daim diqqət mərkəzindədir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.