banner
banner

Gündəm

Ombudsman Şəkidəki Uşaq evində araşdırma aparıb - Qıza işgəncə verilib? - AÇIQLAMA

Ombudsman Şəkidəki Uşaq evində araşdırma aparıb -

Şəki Qarışıq tipli Uşaq evində yaşayan Hüseynova Aysel Vasif qızının döyülərək işgəncə verilməsinə dair “Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla bağlı Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Şəki Regional Mərkəzinin əməkdaşları bu il iyunun 7-də Şəki Qarışıq tipli Uşaq evində araşdırma aparıb.

Qurumdan Modern.az-a verilən məlumata görə, həmin müəssisənin müdiri Məmmədova İlhamə Tofiq qızı bildirib ki, 24.04.1998-ci il təvəllüdlü Aysel Hüseynova 2007-ci ildən Şəki Qarışıq tipli Uşaq evində tərbiyə olunur və hazırda Peşə məktəbində təhsil alır. Bu müəssisəyə nənəsi tərəfindən gətirilib. Ayselin atası vəfat edib, anası isə Qax Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2013-cü ildə valideynlik hüququndan məhrum edilib.

Eyni zamanda İ.Məmmədova qeyd edib ki, A.Hüseynovanın Uşaq evinin müəlliməsi Mirvari Əsgərova tərəfindən döyülərək işgəncə verilməsi barədə “Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla 03.06.2017-ci il tarixdə tanış olub.

Şəki Qarışıq tipli Uşaq evinin müəlliməsi Mirvari Əsgərova 1987-ci ildən burada tərbiyəçi müəllimə işlədiyini, onun tərəfindən A.Hüseynovaya qarşı heç vaxt hər hansı təzyiq və işgəncəyə yol verilmədiyini bildirib", - Ombudsman Aparatından əlavə olunub.

Qeyd olunub ki, araşdırma zamanı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən A.Hüseynova ilə konfidensial şəraitdə görüş keçirilib: "Görüş zamanı o, heç bir müəllimi tərəfindən işgəncəyə məruz qalmadığını, uşaq evinin müdiri və müəllimələri tərəfindən ona hər zaman qayğı ilə yanaşıldığını qeyd edib.

Həmçinin A.Hüseynova bildirib ki, 2016-cı ilin yay aylarında özünü Sahib Teymurov olaraq təqdim etmiş şəxs uşaq evinə gələrək onunla və digər uşaqlarla görüşüb, özünün də vaxtı ilə uşaq evində yaşadığını və uşaqlara köməklik etmək istədiyini söyləyib.

A.Hüseynova sonra bildirib ki, S.Teymurov başqa uşaqlardan kənarda onunla görüşərək dediklərini təkrarlayacağı halda ona 20 manat pul verəcəyini və aralarında olan söhbəti heç kimə deməyəcəyini vəd edib, bundan sonra S.Teymurovun dediklərini təkrarlayaraq müəlliməsi M.Əsgərova tərəfindən döyülərək işgəncəyə məruz qaldığını və özünü öldürmək istədiyini deyib, S.Teymurov bu zaman onun dediklərini video kameraya çəkib və ona 20 manat pul verib.

Araşdırma zamanı uşaq evində tərbiyə olunan digər şəxslərlə də konfidensial şəraitdə keçirilmiş görüş zamanı onlar Uşaq evinin müdiri və müəllimləri tərəfindən heç vaxt hər hansı təzyiq və işgəncəyə məruz qalmadıqlarını bildiriblər.

Araşdırmanın nəticələri ilə bağlı Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən müvafiq Aktlar tərtib edilib. Həmin aktlar A.Hüseynova və görüş keçirilmiş digər şəxslər tərəfindən imzalanıb.

Müəssisənin müdiri İ.Məmmədova uşaq evində tərbiyə olunan uşaqlara qarşı heç zaman işgəncəyə yol verilmədiyini, baş vermiş hadisə ilə əlaqədar 07.06.2017-ci il tarixdə Şəki Şəhər Rayon Polis Şöbəsinə rəsmi müraciət etdiyini söyləyib.

Şəki Şəhər Rayon Polis Şöbəsi İ.Məmmədovanın bu məsələ ilə bağlı ərizə ilə müraciət etdiyini təsdiqləyərək, müvafiq araşdırma aparıldığını bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.