banner
banner

Gündəm

Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib. Cia.az xəbər verir ki, Türkiyə prezidenti Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı prezident İlham Əliyevə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Natiq Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, onun Azərbaycanın enerji siyasətinin icrasında, habelə Bakı-Tbilisi-Ceyhan, TANAP layihələrinin həyata keçirilməsində xidmətlərini yüksək qiymətləndiriblər.

Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə olunub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.