Gürcüstanın seperatçı Abxaziya respublikasında sərxoş rus hərbçiləri erməni ailələrinə hücum ediblər.
ANS PRESS-in məlumatına görə, Suxum rayonun əsasən ermənilər yaşayan Açadara kəndinə zirehli transportyorlar və “UAZ” markalı avtomobillər ilə edilən hücum nəticəsində səkkiz erməni ailəsi zərər çəkib. Ruslar ermənilərin pullarını və qızıl əşyalarını qarət ediblər. Bir evdən naringi dolu maşın gbtürüblər, amma maşın yolda xarab olub və onu Eşera körpüsündən aşağı atıblar.
Soyğun zamanı rus hərbçiləri bir neçə ermənini döyüblər. Yerli portalların yazdığına görə, 76 yaşlı Lüsya Koçaryan xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Amma erməni jurnalist Qalust Qriqoryan rus əsgərlərin cəzalandırılacağına inanmır. “Abxaziya polisinin, rəhbərliyinin fikri onların vecinə də deyil. Çünki onlar özlərini xilaskar sayırlar”, - deyə bildirən jurnalist bunun Ermənistandakı vəziyyətlə eyni olduğu vurğulayır.
Oxşar vəziyyət Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin 7 üzvünün yanvarın 12-də qətl edilməsi ilə yaranıb. Ermənilər Avetisyanlar ailəsinin qatilinin rus əsgər Valeri Permyakov olduğunu düşünürlər. Ermənilər onun erməni məhkəməsinə verilməsini tələb edirlər. Moskva isə Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz.
Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir.
Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.
Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirib. Aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.