banner
banner

Dünya

AST Telmanın bazarında pələngdən yemək bişirilir - Cinayət işi açıldı

AST Telmanın bazarında pələngdən yemək bişirilir

Rusiyada azərbaycanlı iş adamı Telman İsmayılovun da səhmdarı olduğu “Sadovad” bazarında nəsli kəsilməkdə olan pələng və leopard dərisi aşkarlanıb.

 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, aparılan əməliyyat zamanı cinayət-axtarış idarəsi əməkdaşları bazar ərazisində yerləşən “Şanxay” və “Anna-Liza” restoranlarından iki ədəd nəsli kəsilməkdə olan Amur pələngi və Uzaq Şərq leopardının dərisini, həmçinin onların başı və 50 kiloqram ət aşkar edərək götürüblər. Hazırda həmin heyvanları öldürən və onları Moskvaya gətirən şəxslər axtarışa verilib.

 

Qeyd edək ki, həmin heyvanların ətinin bir kilosu qara bazarda 100 min rubla, baş və ayaqları 250 min, dərisi isə 700 min rubla satılır. Adətən bütün bunlardan şərq mətbəxinə aid yeməklər hazırlanmasında, həmçinin spesifik dərman preparatları hazırlanmasında istifadə edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.