banner
banner

Gündəm

Cocuq Mərcanlı – güllə səslərini azan səsi əvəz edir

Cocuq Mərcanlı –

Cocuq Mərcanlı. Vaxt vardı, bu kəndin adına atəşkəs barədə xəbərlərdə rast gəlirdik. "Düşmən... və Cocuq Mərcanlı istiqamətində mövqelərimizi atəşə tutub". Bu gün isə Cocuq Mərcanlı ilə bağlı xoş xəbərlərin ardı-arası kəsilmir. 2016-cı ilin aprel döyüşlərinə qədər bu kənddə yalnız silah səsləri duyulurdusa, indi bunu azan səsi – əmin-amanlıq, firavanlıq, sabitlik əvəz edir. Bu gün Cocuq Mərcanlı erməni işğalı altında qalan torpaqlarımıza qayıdışın başlanğıcıdır, rəmzidir.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı.

İyunun 14-də Azərbaycan Prezidenti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etdi. Dövlət başçısı yeni salınan kənd yolunun açılışını etdi, yeni inşa olunan 96 şagird yerlik məktəblə, Cocuq Mərcanlıda yeni tikilən Şuşa məscidinə bənzər məsciddə yaradılan şəraitlə tanış oldu, kəndin ərazisini gəzdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, tarixi gündür, Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Məhz ötən ilin şanlı aprel qələbəsi nəticəsində Azərbaycan Ordusunun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini ələ keçirməsi ilə Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu. Bu gün isə bu təhlükəsiz həyat şəraiti reallığa çevrildi.

Ümumilikdə, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi ev və müvafiq infrastruktur inşa olunub. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək.

İkinci mərhələdə isə Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işləri davam etdiriləcək, o cümlədən 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur obyektləri tikiləcək. Dövlət başçısının 15 iyun tarixli sərəncamına əsasən bu məqsədlə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 9 milyon manat ayrıldı.

Bu gün Azərbaycan dövlətinin bir nömrəli işi, prioriteti də elə budur: işğal olunmuş ərazilərimizi azad etmək, bu torpaqlarda sabitliyi bərqərar etmək, güllə səslərinə son qoymaq. Azərbaycan Cocuq Mərcanlının timsalında bu niyyətini dünyaya nümayiş etdirdi. İndi dünya ictimaiyyəti bir qərara gəlməli, son sözünü deməlidir: Dağlıq Qarabağ və ətraf rayonların poliqona çevrilməsi yaxşıdır, yoxsa Cocuq Mərcanlı nümunəsi?

Şübhəsiz ki, Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq, istər sülh yolu ilə, istərsə də hərbi yolla olsun, erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasına, qovulmasına nail olacaq. Dövlətimizin başçısının dediyi kimi, "Azərbaycan ictimaiyyəti bilirdi, ancaq aprel döyüşləri bunu əyani şəkildə bütün dünyaya və düşmənə göstərdi ki, bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir".

Vaxt gələcək, işğal olunmuş bütün doğma torpaqlarımızda silah səsləri kəsiləcək, bu səsləri azan səsi, insanların gülüş səsləri əvəz edəcək, geniş abadlıq-quruculuq işləri görüləcək, müxtəlif təyinatlı yeni binalar tikiləcək, yollar, parklar salınacaq, Şuşa, Xankəndi başda olmaqla Qarabağın bütün şəhər, qəsəbə və kəndlərində Azərbaycan bayrağı dalğalanacaq. Eynən Cocuq Mərcanlıda olduğu kimi! Bu böyük tarixi günə az qalıb, bəlkə də çox az...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.