İŞİD terror qruplaşmasının başçıları Suriyanın Rəqqa və İraqın Mosul şəhərindən Suriyanın Əl Mayədin şəhərinə qaçıblar. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Deyr ez Zor əyalətinin Əl Mayədin şəhəri Ərəfat çayı sahilində, İraqla birbaşa sərhəddə yerləşir.
Qeyd edək ki, Mosulun azad olunması əməliyyatı 2016 ildən davam edir. Şəhərin şərq hissəsi artıq terrorçulardan tam təmizlənib.
İŞİD-in qeyri rəsmi paytaxtı elan edilən Rəqqa 2013-cü ildən terrorçuların nəzarətindədir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.