Azərbaycanda zəvvarlara vəsiqə verilirmi? QMİ-dən cavab
Hər il Həcc, Məşəd, Kərbəla ziyarətinə Azərbaycandan xeyli sayda zəvvar yollanır. Hətta, 20 dəfədən artıq hacı olanlar var.
Maraqlıdır, QMİ tərəfindən həmin zəvvarların statistikası aparılırmı?
Eyni zamanda, ziyarətdən qayıdan insanlara hacı, kərbəlayı, Məşədi vəsiqəsi verilirmi?
“Məşədi Daşaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a deyib ki, Həcc ziyarətinə yollanan zəvvarların sayını müəyyənləşdirmək mümkün ola bilsə də, Kərbəla və Məşəd ziyarətini gerçəkləşdirən zəvvarların statistikasını aparmaq qeyri-mümkündür.
“Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Kərbəla və Məşədi ziyarət edən zəvvarların statistikası aparılmır. Ümumiyyətlə, bu barədə məlumat əldə etmək olmur. Çünki insanlar istədiyi vaxt öz hesabına yaxud damüxtəlif vasitələrlə Kərbəlaya, Məşədə gedirlər. Düşünürəm ki, onların sayı barədə heç kimdə məlumat ola bilməz. Çünki onların qeydiyyatıaparılmır deyə, statistikası da yoxdur.
Həcc ziyarətinə gedənlərin sayını müəyənləşdirmək mümkündür. Çünki hər il QMİ tərəfindən kvota ayrılır və neçə nəfərin ziyarətdə olması bilinir. Sadəcə, həmin zəvvarların hamısı hesablanmalıdır. Çünki bir zəvvar bir neçə dəfə Həcc ziyarətində olur”.
Məscidin imam-camaatının sözlərinə görə müqəddəs torpaqları ziyarət edən zəvvarlara heç bir halda vəsiqə verilmir.
“QMİ-də hansısa Kərbəla, Həcc, Məşədi gedib ziyarət edən adamlara vəsiqə verilməsi məsələsi yoxdur. Konkret olaraq hansısa zəvvara filan ziyarətdə olması ilə bağlı QMİ vəsiqə vermir. Həm də vəsiqə məsələsi şərtidir. Daha çox insanlar arasında işlədilən sözlərdir. Əslində, dinimizdə Kərbəlayı filankəs, Məşədi filankəs titulu yoxdur. Sadəcə ilahiyyatçılara, din xadimlərinə hörmət əlaməti olaraq bu cür müraciət olunur. Həm də dinə mənsubluğunu ifadə etmək üçündür. Təbii ki, din bunu qadağan etmir. Amma dinimizdə belə titullar yoxdur. Sadəcə, ziyarətdə olan insanlara hacı, Kərbəlayı kimi müraciət edilməsinə müsbət baxıram. Bu, bir növ ziyarətdə olan insana məsuliyyətini xatırlatmış olur. Adı doğrultmağa təşviq edir. Eyni zamanda, belə bir vəsiqə yoxdur ki, hansısa zəvvarın ziyarətdə olmasını təsdiq etsin”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.