banner
banner

Dünya

Onun qəribə hobbisi var – zibil yığır

Onun qəribə hobbisi var – zibil yığır

Türkiyənin Edirnə şəhərində yaşlı bir qadının yaşadığı bina evindən 5 yük maşını zibil çıxıb.

72 yaşlı Şahsene Bozkurda aid birinci mərtəbədki evdən pis iylər gəldiyini deyən qonşular bununla bağlı şəhər bələdiyyəsinə şikayət edib. Bələdiyyə də evin təmizlənməsi üçün mütləq məhkəmə qərarı olmasının vacibliyinə toxunub. İki il əvvəl başlanan məhkəmə prosesi məhəllə sakinlərinin lehinə nəticələnib və bələdiyyə işçiləri qapını dəmirlə açıblar. Evdən qadının daha öncə zibil yeşiyindən götürdüyü qida maddələri, geyimlər, torba, kağız kimi maddələr çıxıb. Ev dezinfeksiya olunandan sonra oradakı pişik və quşlar da heyvanlar üçün xüsusi mərkəzlərə götürülüb. Ev sahibi Bozkurdun qonşusu Hüseyin Aydoğan isə deyib ki, yaşlı qadın evində illərdir zibil yığır.

Qonşular deyir ki, ev təmizlənsə də, yaşlı qadın bundan sonra da zibil yığmağa davam edəcək. Çünki bu, onun hobbisidir. Yaxınları onun Qocalar Evinə aparılmasının tərəfdarıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.