banner
banner

Hərbİ

ANAMA-dan Türkiyədə xəsarət almış əməkdaşlarının vəziyyəti ilə bağlı AÇIQLAMA

ANAMA-dan Türkiyədə xəsarət almış əməkdaşlarının vəziyyəti ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iki əməkdaşının Türkiyədə mina partlaması nəticəsində yaralanması məsələsinə aydınlıq gətirib.

Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ANAMA Türkiyədə minatəmizləmə işləri aparan “MECHEM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatları yerinə yetirir.

19 aprel 2017-ci il tarixdən etibarən indiyə qədər əməliyyatlar zamanı ANAMA-nın mütəxəssisləri tərəfindən minlərlə mina aşkarlanaraq zərərsizləşdirilib.

20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina partlaması baş verib və hadisə zamanı agentliyin iki nəfər əməkdaşı Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya aparılıb və onlara ilkin tibbi yardım göstərilib. Hazırda onların həyat və sağlamlıqları üçün hər hansı təhlükə yoxdur.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.