Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib.
“Dostlar” (Друзья) adlı şeiri oxucuların ixtiyarına veririk.
Dost bir, ya iki – Bunu deyib aqillər. Dünyaya gələn gündən, “Sən dost qazan” deyiblər. Qəm-qüssəyə batanda, Dostlar çatıblar dada; Qısalar yaman günlər, Dost çatarsa haraya...
Ey dostum, şəkk eyləmə dostunun dostluğuna; Şübhə dediyin şeyin sonu yoxdur dünyada... Qəhqəhə çək, qəlbən gül, Lap dişlərin ağarsın, Təki ürəklərdəki, Şübhələri dağıtsın...
Dost sənə həsəd çəkir, Yalan-palan danışır? – İndi onu görməyə Heç sən də şad deyilsən amma bunu da bil ki, O da düşünür elə. – Elə hey gileylənir: “Suçun böyüyü səndə”...
Axşam televizora, baxırsınız birlikdə, Onda böyük ekrandı, Kiçik ekranlı səndə... Ancaq sənin yerin başqadır-başqa, Altında kreslo, yerinsə başda... Əsası odur ki, birgəsiz-birgə Qəm-qüssə yox olar gülsəniz birgə.
Maşında əylənin lap səhərəcən, Vay, problem çıxdı: “Bu nə deməkdir? sükan dostumdadır, məndə olsaydı...” – Tacın olmasa da, özünü şah say, Ağayana otur, qaldırma haray...
Futbol oynayırsız stadionda, Ayağın sınsa da, topa yiyələn..! amma görəndə ki, dost pərişandır, Həyatda axsayır, sənə möhtacdır Əlindən bərk yapış, sən yanında qal.
Dost bir olar, ya iki, Dostluğa dəyər verək, Şad-xürrəm yaşamaqçun, Hər bir kəsə dost gərək. Heyif ki, bu həyatda, Bir şeyin əlacı yox – Ürəklərdə yurd salan, Xıltı silib süpürmək, Şəkk-şübhəni yox etmək... //Modern.az
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.