İyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilir.
Trend-in məlumatına görə, Azərbaycan paytaxtında artıq ikincidi dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotların birinci və ikinci sərbəst yürüşləri olacaq. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Ötən il Bakı mərhələsinin qalibi Niko Rosberq ("Mercedes") olub. 2016-cı ildə Bakı Şəhər Halqasında ən yüksək sürətə (378 km/saat) finlandiyalı pilot V.Bottas imza atmışdı.
Ümumilikdə yarışda liderlik "Ferrari" təmsilçisi Sebastian Fettelə məxsusdur. Onun hesabında 141 xal var. Liderdən 12 xal geri qalan Lyuis Hamilton ikinci, 93 xal toplayan Valtteri Bottas isə üçüncüdür.
İndiki qaydalara əsasən bolidlərin eni 20 sm artırılıb. Bu il 11 deyil, 10 komanda çempionluq uğrunda mübarizə aparır. Belə ki, "Manor Racing" Formula 1 yarışmasını tərk edib.
Bakıda Qran-Pri ilə yanaşı, Formula 2 yarışı da təşkil olunacaq. Formula 2-nin ilk yarışı iyunun 24-də, qrid düzülüşü ilə baş tutacaq ikinci yarış isə bir gün sonra keçiriləcək.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.