banner
banner

Gündəm

Nazirlikdən təhlükəli virus haqda AÇIQLAMA

Nazirlikdən təhlükəli virus haqda AÇIQLAMA

“Petya” virusu Rusiya və Ukraynanın iri neft, telekommunikasiya və maliyyə şirkətlərinə haker hücumuna səbəb olub. Bu virus kompüterləri bloka salır və təkrar açılması üçün 300 dollar məbləğinə bərabər bitkoinlər tələb edir.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron təhlükəsizlik mərkəzində analiz və məsləhət şöbəsinin məsləhətçisi Abdulla Abdullayev Modern.az-a açıqlamasında  virus barədə bunları deyib.

 

““Petya” virusu  Windows əməliyyat sisteminə qarşı yönəlib. Bu viruslar kompüterləri  şifrələyir və insanların kompüterə daxil olmasının qarşısını alır. Bu sistemlərdən istifadə edən insanlardan pul tələb edir. Külli miqdarda insanlara, şirkətlərə ziyan vurur. Bir müddət əvvəl yayılmış “WannaCry”  virusu var idi. Biz ona qarşı profikatik tədbirlər görmüşdük.

 

Müvafiq qurumlarla işləmişdik. Windovs əməliyyat sistemində boşluq olduğundan ora yeniləmələr edildi. Maarifləndirici paylaşımlar etdik. Bununla da “Wanna Cry”  virusundan qorunmuş hesab olunduq. Bu yeni virus da “WannaCry” virusu ilə eynidir. Ona görə də bu virusa qarşı qabaqlayıcı tədbirlər görə bildik”.

 

Abdulla Abdullayevin sözlərinə görə, Windows  əməliyyat sistemlərindən istifadə etmək lazımdır.

 

“Ona görə də əməliyyat sistemlərini daimi yeniləmək, lisenziyalaşdırılmış Windovs əməliyyat sistemlərindən istifadə etmək  ən böyük şərtlərdən biridir.  Bununla da insanlar öz sistemlərini qorumuş olurlar. Dolayı yolla bu cür hücumlara qarşı qorunmuş olurlar”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.