Xəbər verdiyimiz kimi, duz tökmə hərəkəti ilə dünyada məşhurlaşan türk iş adamı Nüsret Gökçe məşhur seriala çəkilib.
Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunun üçün Nüsret 1 (təxminən 500 min AZN) milyon lirə keçməli olub. Belə ki, ABŞ-ın məşhur "Narcos" adlı serialı çəkən şirkətə 1 milyon lirə (təxminən 500 min AZN) ödəyən Gökçe üçüncü mövsümündə epizodik obrazı canlandıracaq. Dünya ulduzlarının da diqqətini çəkən İnstaqram fenomeni serialda da öz işini görərək əsas qəhrəmanlardan birinə ət servisi edir.
Qeyd edək ki, "Narcos"un üçüncü mövsümü avqust və ya sentyabrda başlayacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.