banner
banner

Şou

Qızmar hava nə vaxtadək davam edəcək? - açıqlama

Qızmar hava nə vaxtadək davam edəcək? - açıqlama

Bakı və Abşeron yarımadası, eləcə də bölgələrdə dünəndən isti hava şəraiti müşahidə olunmaqdadır.

Cia.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, isti və günəşli hava şəraiti iyulun 6-dək davam edəcək.
Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 35-39, rayonlarda 35-40, Mərkəzi Aran rayonlarında, Naxçıvan Muxtar Respublikasında 41-43, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq.
 
G. Məmmədova qeyd edib ki, iyul ayında havanın temperaturu hər zaman yüksək olur: “İyul ayında əvvəllər Bakıda havanın maksimal temperaturu 40 dərəcə olub. Amma hələ ki, rekord göstərici təzələnməyib. Bakıda 37-38, Abşeron yarımadasında 35-39, Mərkəzi Aran rayonları və Naxçıvanda 41-43 dərəcə isti qeydə alınıb”.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.