Hadisənin eks sevgilisi belə görüntüləndi - fotolar
Türkiyəli iş adamı Uğur Güven yeni sevgilisi ilə görüntülənib.
Axşam.az-ın “Haberler.com”a istinadən məlumatına görə, iki il öncə müğənni Hadisə ilə sevgili olan Uğur Bodrumda istirahət edərkən paparazzilərə tuş gəlib.
Yeni sevgilisi ilə dənizə girən Güven onunla bol-bol öpüşüb.
Xatırladaq ki, Hadisə və iş adamının ayrılığına səbəb model Çiğdem Kayalı imiş. İddia edilirdi ki, U.Güven 54 yaşlı keçmiş sevgilisi ilə yenidən görüşmək üçün ona mesajlar yazıbmış.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.