“Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədovun sədrlikdən istefa verməsi ilə əlaqədar Birliyin təsisçilərindən biri, tanınmış jurnalist Şərif Kərimliyə müraciət etdik. O, sualımıza könülsüz cavab verib bildirdi ki, Kərəm müəllim ərizəsində istefa səbəblərini göstərib, xahiş edirəm, açın oxuyun. Lakin bizim təkidli müraciətimizdən sonra Şərif müəllim suallarımızı qısaca şəkildə belə cavablandırdı:
-Kərəm müəllim Azərbaycan və Gürcüstanın elm ictimaiyyəti, eləcə də Borçalılar arasında kifayət qədər hörmət və nüfuz sahibi olan şəxslərdəndir. 2016-cı ildə biz “Borçalı”nı saflaşdırmaq üçün konfrans çağırarkən yekdilliklə belə qərara gəldik ki, onu Birliyə sədr seçək. Səbəbi də o idi ki, Kərəm Məmmədovun adı bu vaxtacan heç bir ictimai-siyasi cərəyanda çəkilməmiş, o sadəcə bir müəllim və alim kimi tanınmışdı. Amma bizim, görünür, ən böyük səhvimiz də məhz bu qənaətimizdə imiş... Yəni, K.Məmmədov ictimai, siyasi hadisələrdə tamamilə naşı olmaqla yanaşı, belə cəmiyyətlərin idarə olunmasında da təcrübəsiz adam idi.
-Bu özünü nədə göstərirdi?
-...
-Birliyin möhürü ilə bağlımüəyyən söhbətlər də yaranıb.
-İlan parıltıya sıçrayan kimibəzi adamlar da möhürə çapırlar.
-Konkret olaraq söhbət?..
-Konkret olaraq söhbətin kimdəngetdiyini siz də yaxşı bilirsiniz. Ancaq mən ad çəkmək istəmirəm, ən azından ona görə ki, bu, biz Borçalıların əxlaqına yaraşmayan işdir. Bu vaxta qədər onun kaprizlərinə, qurduğu oyunlara çox dözmüşük, ağsaqqal deyib hörmətini saxlamışıq, heç kəs onun sözünü kəsməyib, onun qərarına sayğı ilə yanaşmışıq. İdarə heyətinin son iclasında isə o, hər şeyin ağını çıxartdı...
Sədrin istefa ərizəsini qəbul etdikvə konfransa hazırlaşmaq üçün idarə heyətinin tərkibindən gizli səsvermə yolu ilə 6 nəfərdən ibarət işçi qrup seçdik. Bura qədər hər şey qanuni və konstruktiv məcrada getdi. Lakin elə ki konfransa qədər maliyyə və başqa əməliyyatları aparmaq üçün möhürün kimə verilməsi məsələsi ortaya çıxdı, o zaman ambisiyalar çox ciddi şəkildə toqquşdu. Qərara aldıq ki, işçi qrupun içərisindən bir nəfər qrup rəhbəri seçilsin və o bu işlərin məsuliyyətini öz üzərinə götürsün. Elə bu zaman haqqında danışdığımız “ağsaqqal” K.Məmmədovun əlindən möhürü alıb aradan çıxdı ki, mən möhürü yeni sədr seçiləndə ona verəcəm...
-Şərif müəllim, artıq bu, mətbuatdan da məlumdur ki, söhbət Eyvaz Borçalıdan gedir...
-Mən ad çəkmək istəmirdim. Siz inanın ki, bunları danışmağa belə mən xəcalət çəkirəm. Axı, hardandı bizdə bu hərislik, parıltıya belə sevgi?!
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.