Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqdirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəri məhkəmə prosesi keçirilib.
Musavat.xom xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanən sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Əlikram Camalov dindirilib.
Nazir qardaşı qeyd edib ki, S.Nəbiyev iki ilə yaxındır tanıyır. Ə.Camalov qeyd edib ki, təqsirləndiriləndirilən şəxs bilərəkdən onun etibarını qazanaraq ona qarşı dələduzluq edib.
O bildirib ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. "2015-ci ildə Samir Nəbiyevin elektrik mağazasından alış-veriş edirdim. O, məni digər müştərilərdən ayırdığını, qiymətlərdə endirim etdiyini deyirdi. Bununla da mənim etibarımı qazandı. Bir gün ofisə gələrək, biznesini inkişaf etdirmək istədiyini, heç bir şərikinin olmadığını, banklara borcunun olmadığını söylədi. Yaxşı müştərilərinin olduğunu, yeni mallar almaq üçün pul lazım olduğunu bildirdi. Dedi ki, 18 min lazımdı. Bu pulla hər ay 4 min manat qazanacağını, 2 min manatını da mənə verəcəyini dedi. Mən onunla razılaşmadım. Dedim qaytararsan. Birinci ay dedi ki, işlər yaxşı deyil və 3 min manat qazanıb. Buna görə də mənə 1500 manat verdi. Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə edərək 1250 manat verdi".
Ə.Camalovi ifadəsini davamında pulun sonradan dollarla hesablandığını, oğlu ilə Samir Nəbiyev arasında müqavilə bağlandığı danışıb.
"Sonradan pulu verməkdən imtina elədi. Zənglərimə cavab vermədi. Artıq gizlənməyə, zənglərə cavab verməməyə başladı. Onun mağazasına gedəndə 40-50 min manatlıq mal gördüm. Söz verdi ki, malları satıb pulumu qaytarcaq. Ancaq 20 gün keçsə də yenə zənglərə cavab vermədi. Oğlumla mağzasına gedəndə gördük ki, artıq mağaza bağlanıb və mallar satılıb. Başa düşdüm ki, o məni aldadıb. Mənim pulumla aldığı malları sataraq qazanc əldə edib, digər borclarını bağlayıb”- deyə o, bildirib.
Ə. Camalov bildirib ki, Samirə pul verərkən kömək məqsədi olub: "Hazırda mənə Samirin mənə 18 min dollar borc qalıb. Pulu məndən dollarla alıb, dollarla da qaytarmalıdır. Mən Samirə yaxşılıq etmişəm. Gördüm məni aldadır polisə verdim ki, pulu qaytarsın. İndi iş məhkəmədədir, tələb edirəm ki, pulu qaytarsın".
Nazir qardaşı onu da deyib ki, ziyanın yarısını da ödəsə mən ondan şikayətçi olmaram: "10 mində gətirib qaytarsın bağışlayım".
Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, Samirə kömək məqsədilə pul verib: "Mənim ordan qazanc əldə etmək niyyətim yoxuydu. Kömək kimi vermişdim ki, özünü tutsun. Verdiyin pulu vaxtında versəydi, heç polisə şikayət etməyəcəkdim. İndi borc alıb, qaytarmalıdır".
Təqsirləndirilən şəxs Samir Nəbiyev bildirib ki, zərərçəkmiş şəxslə mağazada tanış olub: "Alver edirdi. Münasibətimiz yarandı. Bu kişi insanlıq edib mənə borc verib. Biznesimin inkişafı üçünş Sağolsun təmannasız pul istəyib. Verdiyi puldan 5000 min bir, 1500 dollar bir qaytarmışam"


