Qondarma rejimin rəsmisi: “Biz qarşı tərəfi vurmuşuq və yaxşı da etmişik”
“Uşaqlardan düşmən olmaz. Xüsusilə də 2 yaşlı uşaqdan. Lakin 2 yaşlı Zəhranın ölümündə biz günahkar deyilik”. Dağlıq Qarabağdakı terrorçu rejimin “Müdafiə Nazirliyinin mətbuat katibi” Senor Asratyan Facebook-dakı səhifəsində belə yazıb. “2 yaşlı uşaqdan düşmən ola bilməz. Amma başqalarının günahına görə uşaqlar həlak ola bilərlər” cümlələri ilə vəhşiliyə, terrora haqq qazandırmağa çalışan S.Asratyanın yazdığına görə, o, 2 yaşlı Zəhranın ölümünə təəsüflənir, amma… “Təəssüflənirik. Bunu mənim şəxsi fikrim, mövqeyim kimi qəbul edin. Lakin biz qarşı tərəfi vurmuşuq və yaxşı da etmişik”, – S.Asratyan yazıb. Beləcə Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin və Ermənistan Ordusunun hərbi hissələrinin cinayətlərinə aşkar şəkildə haqq qazandıran S.Asratyan tipik erməni xislətinə uyğun olaraq qarşı tərəfi suçlayır. Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə İdris qızı Quliyeva və onun nəvəsi, 18 aylıq Zəhra Elnur qızı Quliyeva həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.