banner
banner

Gündəm

İtaliyalı senator: Hələ nə qədər qan axıdılmalıdır ki, bu qırğına son qoyulsun?

İtaliyalı senator:

Bu zorakılığa son qoyulmalıdır. Hələ nə qədər qan axıdılmalıdır ki, bu qırğına son qoyulsun?

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu “İtaliya İrəli” (Forza İtalia) partiyasından olan italiyalı senator, İtaliya Senatının uşaqlar və yeniyetmələr daimi komissiyasının üzvü Maria Rizzotti Senatın ümumi iclasında çıxışında deyib.

Senator bildirib ki, iyulun 4-də saat 20:40-da bəşəriyyətin gündəlik çətinliklərə üzləşdiyi bir anda Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlarda atəşə tutulub, iki nəfərin həyatına əbədi son qoyulub: "Yalnız sülh və firavanlıq axtarışında olan bir əhaliyə qarşı yenidən terror törədilib. Ermənistan silahlı qüvvələri ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə və substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etməsinə məhəl qoymayaraq yaşlı qadını və onun iki yaşlı nəvəsini öldürüblər".

O, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi son cinayətlərdən danışıb və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib.

Ermənistanın cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, xüsusilə qadın, uşaq və qocaların olduğu mülki əhaliyə qarşı qəsdən, hədəflənən və sistematik xarakter daşıyan hücumlar etdiyini vurğulayan senator M.Rizzotti bildirib ki, mülki azərbaycanlı əhaliyə və mülki obyektlərə qarşı törədilən, terror hücumlarından da daha betər olan bu kimi birbaşa və qəsdən törədilmiş hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyasının və ona 1 saylı Əlavənin, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

İtaliyalı senator əlavə edib ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin etməyi tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də daxil olmaqla bir çox beynəlxalq sənədlər mövcuddur, lakin bu sənədlərin heç birinə Ermənistan tərəfindən məhəl qoyulmur və rəsmi Yerevanın məqsədi cəbhə xəttində törədilən təxribat kimi sistematik təxribat və sabotajlar vasitəsi ilə status-kvonun saxlanılmasına nail olmaqdır.

Senator M.Rizzotti, habelə çıxışında qeyd edib ki, münaqişənin həllinə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsindən ayrı baxıla bilməz və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişənin həlli üçün ən böyük maneədir.

O deyib ki, Ermənistanın 2016-cı ilin aprel hadisələrindən dərs çıxarmalı, status-kvonun dəyişdirilməsini qəbul etməli, beynəlxalq ictimaiyyəti aldatmağı və danışıqlardan yayınmağı dayandırmalıdır.

Ermənistanın uzunmüddətli sülhə nail olmaq üçün substantiv və hərtərəfli danışıqlar aparmaq məqsədilə konstruktiv mövqedən çıxış etməli olduğunu vurğulayan senator M.Rizzotti çıxışını bu fikirlərlə yekunlaşdırıb:

“Bu zorakılığa son qoyulmalıdır. Hələ nə qədər qan axıdılmalıdır ki, bu qırğına son qoyulsun? İtaliya hökuməti növbəti ildən ATƏT-ə sədrlik edəcəyini nəzərə alaraq bu dəhşətli münaqişənin qısa zaman ərzində həlli istiqamətində səylərini əsirgəməməlidir”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.