banner
banner

Dünya

Peruda turist avtobusu qəzaya uğradı - 9 ölü, 25 yaralı

Peruda turist avtobusu qəzaya uğradı -

Peruda turistləri daşıyan ikimərtəbəli avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi avtobusun Limada Prezident Sarayından 2 kilometr məsafədə axşam saatlarında qəzaya uğradığını bildirib.

Polisin verdiyi məlumata görə, avtobus turistləri hündürdən şəhərə mənzərə açılan San-Kristobal dağına aparırmış.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Araşdırma aparılır.

Xəsarət alan turistlər arasında Kanada və Çilidən olan vətəndaşların da olduğu bildirilir.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.