banner
banner

Hərbİ

Defence Industry Bulletin: Azərbaycan öz istehsalı olan silahları uğurla ixrac edir

Defence Industry Bulletin: Azərbaycan öz istehsalı olan silahları uğurla ixrac edir

Uzun müddət davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın müdafiə sənayesini gücləndirməyə məcbur edib.

Trend-in məlumatına görə, bu barədə dünyanın hərbi mövzuda ən nüfuzlu nəşrlərindən olan "Defence Industry Bulletin" jurnalında yazılıb.

Jurnala müsahibə verən Azərbaycan müdafiə sənayesi nazirinin baş müşaviri Azər Məmmədov deyib ki, Silahlı Qüvvələri müasir silah və texnika ilə təchiz etmək səyləri Azərbaycanın dünya hərbi güc reytinqində 59-cu yerdə qərarlaşmasına səbəb olub. Ermənistan isə bu reytinqdə 95-ci yerdə qərarlaşıb.

Onun sözlərinə görə, bu, Azərbaycana həm də silahları ixrac etmək imkanı da verib: "Azərbaycanın müştəriləri arasında təkcə ABŞ və Rusiya yox, həm də Gürcüstan, İraq və digər 8 ölkə var. Azərbaycanın silahları NATO standartlarına cavab verir".

Məqalədə həmçinin, Azərbaycanın istehsal etdiyi silahlar, hərbi texnika, nəqliyyat vasitələri barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın ilk müdafiə olunan avtomobili "Tufan" vasitəsilə tibbi təxliyyə fəaliyyəti həyata keçirilə bilər.

Bundan başqa, Azərbaycanda pilotsuz uçuş aparatlarının istehsalı barədə yazılıb. Yerli "AZAD" istehsalat müəssisəsi "Zərbə" PUA-ları istehsal edir.

 cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.