Bu gün Türkiyədə hərbi çevrilişə cəhddən bir il ötür. APA-nın xəbərinə görə, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup üzvü “Yurdda sülh hərəkatı” adı verdiyi hərbi çevrilişə cəhd edib, ordunun ölkədə idarəçiliyi ələ keçirdiyini açıqlayıb. Onların bu elanı TRT-də səsləndirilib. Ölkədə fövqəladə vəziyyət və hərbi komendant rejimi elan olunub. İstanbuldakı "Boğaz içi" və "Fatih Sultan Mehmet" körpüsünü ələ keçirən üsyançı hərbçilər Ankarada Türkiyə Böyük Millət Məclisini bombalayıblar. Həmin gecə baş verən toqquşmalarda 300-dən çox hərbçi və mülki şəxs ölüb, 15 400 nəfər yaralanıb. İyulun 16-da Türkiyə Silahlı Qüvvələri və polisin keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində cəhdin qarşısı alınıb. FETÖ terror təşkilatının planlaşdırdığı hərbi çevriliş baş tutmayıb. O İndiyədək bu iş üzrə 170 min nəfərədək şübhəli şəxs qismində saxlanılıb. Onlardan təxminən 50 min nəfər barədə həbs qətimkan tədbiri seçilib. Onlardan bəzilərinin məhkəmə prosesi başlayıb. FETÖ terror təşkilatının ABŞ-da olan başçısı Fətullah Gülənin həbsi və ekstradisiyası üçün həmin ölkəyə müraciət olunub. Ötən il iyulun 16-da Türkiyədə elan olunmuş fövqəladə hal vəziyyətinin müddəti bir neçə dəfə uzadılıb. Türkiyənin bütün vilayətlərində 15 iyul-hərbi çevrilişə cəhdin qarşının alınmasının ildönümü ilə bağlı tədbirlər keçirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.