Braziliyalı model Adriana Lima ilə türk yazar sevgilisi Metin Haranın Bodrum tətili başa çatıb.
Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük İstanbula qayıdarkən görüntülənib. Lima ilə Hara qaldıqları məkanın işçi heyəti ilə xatirə fotosu çəkdiriblər. Hava limanında yoxlanılan əşyalar sırasında Metinin braziliyalı modelə aldığı boyunbağı diqqət çəkib.
Lima media nümayəndələrinə “Gələn il yenə gələcəyəm. Ömrümün ən gözəl 5 gününü keçirdim. Hamınıza təşəkkür edirəm” deyib. Adriana İstanbulda 3 gün qaldıqdan sonra dəfilədə iştirak etmək üçün Londona gedəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.