"Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard ABŞ dolları, əhalinin mülkiyyətinə dəyən zərər isə 55,4 milyard ABŞ dolları təşkil edib".
Trend-in məlumatına görə, bu barədə "MBA LTD" Qiymətləndirmə şirkətinin prezidenti, Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi Qrupunun üzvü Nüsrət İbrahimov "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsinin reallıqları" mövzusunda konfransda deyib.
N.İbrahimov əlavə edib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv olunması nəticəsində dəymiş birbaşa və dolayı zərərlərin 190 milyard ABŞ dollarından artıq olacağı heç kəsdə şübhə doğurmur.
Onun sözlərinə görə, Azərbaycanın itkiləri düşmən təcavüzü davam etdiyi müddətdə ilbəil artır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.