banner
banner

Gündəm

"Oğlum "Porsche"ni icarəyə götürüb" - Piyadanın üstündən keçən şəxsin rəis atasından AÇIQLAMA

"Oğlum "Porsche"ni icarəyə götürüb" -
Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimov oğlu 24 yaşlı Əhəd Kərimovun qəza törətməsindən danışıb. 
O unikal.org-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı oğlu hazırda istintaqa ifadə verir: "Əvvəla oğlum icarəyə götürdüyü "Porsche Cayenne” markalı avtomobillə qəza törədib. 
O gecə işə gedən zaman hadisə baş verib. Avtobus yolu keçmək istəyən piyadanı vurub, atıb bunun sürdüyü avtomobilin qabağına. Gedib yoxlatdıra da bilərsiz. Hazırda oğlum istintaqa ifadə verir. Mən özüm iş başındayam və hadisəyə heç bir müdaxilə etmirəm. Hesab edirəm ki, hadisə övladımın günahı ucbatından baş verməyib. Bütün hallarda istintaqın işinə mən necə müdaxilə edə bilərəm? Obyektiv araşdırılacaq və hadisəyə hüquqi qiymət veriləcək”. 
Hikmət Kərimov deyib ki, övladı tələbədir və ona məxsus "Hyundai ix20” markalı avtomobil var: "Bunu gedib yoxlatdırada bilərlər.”
Qeyd edək ki, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı "Mercedes Sprinter” markalı mikroavtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub. Zərbədən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn və 24 yaşlı Əhədin sürdüyü "Porsche” onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Digər məlumata görə, "Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.