Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib
Pakistanda baş verən terror qurbanlarının sayı artıb. Cia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Lahor şəhərində baş verib. Partlayış nəticəsində azı 25 nəfər ölüb, 53 nəfər yaralanıb.
Məlumata görə, motosikletlə hərəkət edən terrorçu-kamikadze özünü ərzaq bazarının girişində partladıb. Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, ərzaq bazarı Pəncab əyalətinin baş naziri Şahbaz Şərifin iqamətgahından 100 metr aralıda yerləşir.
17:52
Pakistanın Pəncab vilayətində partlayış törədilib.
Bu haqda Modern.az xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Lahor şəhərindəki terror nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.
Partlayış tərəvəz bazarının girişində olub. Yaralılardan 11 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, partlayışı terrorçu-intiharçı törədib.
İlkin məlumata görə, həlak olanlar arasında 3 nəfər polis də var.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.