Məşhur diktor Ofeliya Sənani: “Efiri bunlardan təmizləmək lazımdır”
Bir müddət əvvəl xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin səhhətinin yaxşı olmadığı barədə məlumat vermişdik.
Modern.az saytı yenidən xalq artisti ilə əlaqə saxlayıb. Ofeliya Sənani saytımıza açıqlamasında deyib ki, indi səhhəti normaldır.
“İndi səhhətim normaldır. Pis deyil. Bu da onunla bağlıdır ki, evdə deyiləm. Bir həftə olar ki, şəhərdən uzaqdayam. Görünür, şəhərin səs-küyündən uzaqda olmağım səhhətimə yaxşı təsir edib. Özümü yaxşı hiss edirəm. Həm də ailəmlə, nəvələrimlə bir yerdə olanda, əhvalım da əla olur. Hələ bir müddət də Qubada dincəlməyi düşünürəm”.
Xalq artisti mətbuat günündə belə, unudulmadığını deyib.
“Mətbuat günündə məni heç kəs unutmadı. Çoxlu zənglər oldu. Əsas odur ki, unudulmamışam, yaddan çıxmamışam”.
Ofeliya Sənani yeni mövsümdə işləmək təkliflərindən də söz açıb.
“Bu yaşımda belə, nitq mədəniyyətindən dərs deməyimi istəyənlər var. Amma yaşımın elə vaxtıdır ki, gərək dincələm. Bu yaşımda niyə özümü işləməyə məcbur etməliyəm?! Amma nitq mədəniyyətinin inkişafı məni çox maraqlandırır. Çox bərbad vəziyyətdə danışırlar. Efiri bunlardan təmizləmək lazımdır. Yenə də dəvət edərlər gedərəm, etməzlər oturaram evimdə”.
Qeyd edək ki, Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirib (1966). Məşhur diktor Gültəkin Cabbarlının yetirməsidir. 1959-1975-illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azrbaycan Dövlət Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib. Onun həyat yoldaşı, mərhum Valid Sənani də diktor idi.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.