banner
banner

Hərbİ

Bu ölkə ABŞ-a müharibə sözü verdi

Bu ölkə ABŞ-a müharibə sözü verdi

Şimali Koreya Dövlət müdafiə komitəsi ABŞ-la gələcək münasibətlər barədə bəyanat yayıb. 

ANS PRESS-in məlumatına görə, bəyənat Koreya Mərkəzi Teleqraf Agentliyinin saytında dərc olunub.

Bəyanatda bildirilir ki. Şimali Koreya bundan sonra “vəhşi” siyasət yürüdən amerika rəhbərliyi ilə danışıqlar aparmayacaq və cavab zərbəsi endirmək üçün əlindən gələni edəcək.

Şimali Koreya hərbi idarəçiliyi lazım gələrsə ABŞ-la nüvə silahı və kiberhücumlar da daxil olmaqla, müharibə üçün ehtiyac duyulan unikal metodlardan, eləcə də çuçxe ideyalarına uyğun olan strategiya və taktikadan istifadə edərək “misilsiz müharibə” aparacaqlarını bildirib.

Şimali Koreyanın bəyanatına görə amerikalı imperialistlər özləri, son məğlubiyyətlərini yaxınlaşdırırlar.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya lideri Kim Çen In bildirmişdi ki, KXDR ABŞ-la nüvə qarşıdurmasına hazırdır. Bu sözləri o, dənizdən gələn hücumlara qarşı qorunma əməliyyatlarının hərbi təlimi zamanı bildirib.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.