ƏFLATUN AMAŞOV RAZI QALIB: "BU DÖRD İLDƏ İLK DƏFƏ İDİ Kİ..."
"Ali məktəblərin jurnalistika fakültələrinə nəzərdə tutulmuş plan yerlərindən çox məqbul qiymət alan oldu. Qabiliyyət imtahanı verən abituriyentlərdən 287-i məqbul qiymət aldı. Ancaq dövlət planı 205 yer idi"
"Artıq dördüncü ildir ki, jurnalistika fakültələrinə test imtahanlarından əlavə qabiliyyət imtahanları tətbiq olunur. Bu dörd ildə ilk dəfə idi ki, ali məktəblərin jurnalistika fakültələrinə nəzərdə tutulmuş plan yerlərindən çox məqbul qiymət alan oldu".
Bu barədə Sherg.az -a bu günlərdə jurnalistika fakültəsinə qəbulla bağlı baş tutan qabiliyyət imtahanlarından danışarkən Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, bu il qabiliyyət imtahanı verən abituriyentlərdən 287-i məqbul qiymət aldı. Ancaq dövlət planı 205 yer idi:
"Bundan əvvəlki illərdə qabiliyyət imtanları tətbiq edildikdən sonra ayrı-ayrı universitetlərin jurnalistika fakültələrinə gələn tələbələr azalmışdı. Onlar bu sahəyə gəlməkdən ya çəkinirdlər, ya da qabiliyyət imtanlarından keçə bilmirdilər. Yalnız Bakı Dövlət Universitetində (BDU) çəmləşmişdilər. Bakı Slavyan Universitetində(BSU), Azərbaycan Dillər Universitetində(ADU), Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültələrinə gələnlərin sayı az idi. Çünki ümumən qəbul olunanların və məqbul qiymət alanların sayı az idi. İlk dəfə bu il oldu ki, qabiliyyət imtanlarından məqbul qiymət alanların sayı nəzərdə tutulmuş normadan çox oldu. Bu, kifayət qədər müsbət haldır. Məqbul qiymət alanlar arasında da müsabiqə keçiriləcəck. Daha çox bal yığanlar jurnalistika fakültələrinə qəbul oluna biləcəklər. Şübəsiz ki, məlum hal jurnalistikanın prestijli bir sahəyə çevrilməsinin əyani sübutudur. İnsanlar jurnalistika fakültəsində təhsil almağa daha çox meyl edirlər və bu sahə ilə məşğul olmağı öz gələcəkləri üçün prioritet hesab edirlər".
Qabiliyyət imtahanlarının gedişatına gəlincə, MŞ sədri qeyd edib ki, imtahan prosesi çox uğurla keçirildi:
" Ümumi biliyə gəlincə isə arzulayardıq ki, abituriyentlərin ümumi bilikləri yüksək olsun. Çünki belə olarsa, onun müsbət təsirləri yalnız jurnalistika fakültəsində deyil, bütövlükdə Azərbaycanın təhsil həyatında özünü büruzə verəcək. Çox arzuolunandır ki, orta məktəblərəd təhsil,tədris güclənsin. Orta məktəblərin verdiyi təhsilin keyfiyyəti jurnalistika fakültələrinə qabiliyyət imtahanı verən abituriyentlərin bilgilərini yoxlayan zaman üzə çıxır".
Mövzu seçiminə gəlincə, Ə.Amaşov söyləyib ki, yəqin ki, islahatlar aparılacaq və razılaşmalar olacaq:
"Çalışacağıq ki, mövzular daha aktual olsun. Mövzular gələcək jurnalistlərin bilgiləri və düşüncələrini nümayiş etdirməyə şərait yaratsın. Təbii ki, Dövlət İmtahan Mərkəzinin (DİM) də öz tələbləri var ki, biz onu başa düşürük və başa düşüləndir. Biz onların işinə müsbət yanaşırıq. Gələcək jurnalistlərimizin bilgiləri kifayət qədər obyektiv bir şəraitdə, heç bir kənar müdaxilə olmadan yoxlanıldı. Bu şəraitə görə, DİM-ə minnətdarlığımızı bildiririk. Əlbəttə, suallarda müəyyən dəyişikliklərin olması vacibdir. İmtahanların götürülməsində ümumi həddin olması vacibdir. Jurnalistika belə bir sahədir ki, bir neçə cümlədən, hadisələrə yanaşma formasından həmin abituriyentin jurnalist olub-olmayacağını müəyyənləşdirmək olur. Bu məqsədlə yəqin ki, müəyyən irəliləyişlər ola bilər. Deyə bilərəm ki, qabiliyyət imtahalarının bəhrəsini görməyə başlamışıq və yəqin ki, növbəti illərdə də görəcəyik. Araşdırmalar da onu göstərir ki, proses öz bəhrəsini verəcək. Qabiliyyət imtahanı verən tələbələrdə xeyli aktivlik var. Onların əksəriyyəti artıq ayrı-ayrı medi quruluşlarında məqalələrlə çıxış ediblər".
MŞ sədri onu narahat edən bir məqama da toxunub:
"Məni narahat edən məsələ mövzular və bu mövzulara abituriyentlərin münasibəti ilə bağlıdır. Birinci mövzu "Əsl jurnalist necə olmalıdır ?" sualı idi. Ancaq bizim jurnalistika tarixində çoxsaylı qələm adamlarımız, mətbuat vasitələrimiz olub. Həmin media orqanlarına çox görkəmli şəxsiyyətlər - Həsən bəy Zərdabidən tutmuş, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digərləri rəhbərlik edib. Elə sovet dövrünün özündə də kifayət qədər sanballı qələm sahiblərimiz olub. Hazırda da var. Şirməmməd müəllim bir universitetə bərabərdir. Digər yandan Dağlıq Qarabağla bağlı mövzuya gəlincə, deyə bilərəm ki, 60 -a yaxın abituriyent bu mövzuda esse yazmışdı, Amma o qədər də yaxşı yazmamışdılar, güclü deyildi. Görünür ki, bizim problemlər orta məktəbdən qaynaqlanır. Tariximizi necə öyrədirik kimi məsələlər önə çəkilməlidir. Görünür bizim tarix müəllimlərimiz və eyni zamanda cəmiyyətin özündə tariximizə qarşı bir laqeydlik var. Torpalqarımız işğal altındadır , bir milyondan artıq qaçqın və məcburi köçkünümz var. Amma bizim həmin hadisələrə dair bilgilərimiz yetərincə deyil. Bu hal məni bir az narahat edir".
Sonda Ə. Amaşov qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentləri təbrik edib və onlara uğurlar arzulayıb:
"Elə sizin sayt vasitəsilə həmin gənclərə çağırış edirəm ki, jurnalistika fakültələrində təhsil almaq istəyirlərsə, BDU -Azrbaycan, rus və ingilis dilli qruplar olacaq, ADU -15 yer var, ingilis dilli qrup olacaq, BSU - 30 yer,15 Azərbaycan bölməsi, 15 rus bölməsi və NDU-nu yaza bilərlər. Bir daha qeyd edirəm ki, bütün bunların hamısı onu göstərir ki, Azərbaycanda jurnalistika prestijli bir sahəyə çevrilib. Gələcək jurnalistlərimizə bol və tükənməz nailiyyətlər arzulayaram. İnanıram ki, onlar jurnalistikamızın adını daha da yüksəklərə qaldıracaqlar".
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.