banner
banner

Hərbİ

“Gördüm Azərbaycanın müdafiə naziri gəlir, vertolyotlara “qalx” əmri vedim...”

“Gördüm Azərbaycanın müdafiə naziri gəlir, vertolyotlara “qalx” əmri vedim...”

Rusiya ordusunun ehtiyatda olan podpolkovniki, hərbi təyyarəçi Anatoli Zolotuxin Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində yaşayır. Virtualaz.org xəbər verir ki, yerli telekanallardan birinə müsahibəsində Zolotuxin 90-cı illərin əvvəllərində Azərbaycanda, Gəncədə hərbi hissə komandiri olarkən sovet ordusuna məxsus olan hərbi vertlotları və texnikanı özbaşına, heç bir əmr olmadan necə qaçırdığını danışıb. Hansı ki, bu texnika müstəqillik əldə etmiş Azərbaycanın mülkiyyəti olmalıydı.

Zolotuxin deyir ki, Azərbaycanda xidmət edərkən dörd dəfə özbaşına hərbi texnikanın qaçırılması barədə qərar verib. O, komandirlik etdiyi hərbi hissənin Azərbaycan hakimiyyəti, yerli administrasiya tərəfindən nəzarətə alınmasından hələ altı ay əvvəl yerüstü texnikanı sərəncamında olan An-26 hərbi-nəqliyyat təyyarələri ilə Tiflisə, oradan Rusiyaya daşıdığını deyir. Daha sonra Zolotuxin bir neçə Mi-9 vertolyotunu təmir adı altında Rusiyaya, Sankt-Peterburqa göndərib ki, həmin texnika Azərbaycan ordusuna qalmasın. Baxmayaraq ki, o vaxtkı Rusiya hərbi komandanlığından Zolotuxinə texnikanın çıxarılması barədə əmr verilməmişdi. Podpolkovnik deyir ki, o vaxtkı hakimiyyət onları taleyin ümidin buraxmışdı, ancaq belə vəziyyətdə də onlar Rusiyanın mənafeyini düşünürdülər.

Zolotuxin danışır ki, sonuncu dəfə o, Azərbaycan müdafiə nazirinin bir qrup silahlı hərbçinin müşaiyəti ilə hərbi hissəsini nəzarətə götürmək üçün gəldiyini görəndə Mi-8 vertolyotlarından ibarət eskadrilyaya “qalx” əmrini verib.

“Hərbi hissəni ələ keçirməyə cəhd edəndə Azərbaycan müdafiə naziri gəldi, mən onu aerodromda gördüm, onun Yak-40 təyyarəsini tanıyırdım. Gördüm ki, müdafiə nazirinin təyyarəsi endi. Aydın idi ki, həmin gün onlar aerodromu tutmaq istəyəcəklər. “Qalx” əmri verdim və öz hərbi hissəmi-aerodromda qalan 6 “Mi-8” vertolyotunu havaya qaldırdım. Biz Gürcüstana uçduq, yəni oranı tərk etdik”-Zolotuxin danışır.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.