banner
banner

Gündəm

Sabiq icra başçısının qardaşı işdən çıxarıldı - rəisi isə polis orqanlarından qovuldu

Sabiq icra başçısının qardaşı işdən çıxarıldı -

Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayevin vəzifədən azad edilməsinin səbəbi məlum olub.

R.Albabayev xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə, işdən çıxarılıb və hətta daxili işlər orqanlarından xaric edilib.

Onun müavini, polis mayoru Azər Kərimzadə isə şiddətli töhmət verilməklə işdən çıxarılıb. A.Kərimzadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb.

Qeyd edək ki, Azər Kərimzadə Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun qardaşıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.