Ermənidən şok təklif – “Girovu Ramil Səfərovla dəyişərik”
“Dağlıq Qarabağ ”hakimiyyəti" kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanı qətlə yetirən Ramil Səfərovla dəyişməyə razıdır".
Modern.az saytı Ermənistan mətbuatına istinadən bu sərsəm tələbi Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin “mətbuat katibi” David Babayanın səsləndirdiyini yazıb. O əlavə edib ki, kəlbəcərli girovlarun birtərəfli qaydada qaytarılması mümkün deyil: “Girovların birtərəfli qaydada qaytarılması istisnadır. Fikirləşirəm ki, bu, demokratik prinsiplərin kobud şəkildə pozulması demək olardı”.
Bundan öncə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik kəlbəcərli girovların Azərbaycana qaytarılmasının tərəflər arasında gərginliyin azaldılmasına xidmət edə biləcəyini deyib. Girovlar - Dilqəm Əhmədov və Şahbaz Quliyevin məsələsi bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun dilindən də səslənib. Nazir məsələ ilə bağlı erməni tərəfi ilə danışıq aparılacağını söyləmişdi. Bundan bir qədər əvvəl isə o, Azərbaycan və Ermənistan arasında əldə edilmiş anlaşma əsasında girovların azad edilməsi və ya mübadilə yolu ilə qaytarılmasını məqbul saydığını bildirmişdi.
Xatırladaq ki, 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin ölümündə günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib. Daha sonra prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub və o, Azərbaycan Silahlı Qüvvələrində xidmətə bərpa olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.