banner
banner

Gündəm

Azərbaycanda quş qripi?... “Ev sahibi heç hara müraciət etməyib"

Azərbaycanda quş qripi?...

Cəlilabad rayonunun Təzəkənd kəndində ev quşları arasında tələf olma hallarının çoxalması barədə xəbərlər yayılıb.

Yayılan xəbərlərə görə, kənd sakinləri ev quşlarının tələf olmasını quş qripinin yayılması ilə əlaqələndiriblər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Modern.az saytına açıqlamasında ev quşlarının kütləvi tələf olması hallarının olmadığını deyib.

 

“Quşlardan müayinə üçün nümunələr götürülüb. Müayinələr hələ ki davam edir. Analizlərin nəticəsi yaxın günlərdə  bəlli olacaq. Əslində, toyuqlar bir həyətdə tələf olub. Bütün kəndi əhatə etməyib.

 

Təəssüf ki, ev sahibi nə sahə baytar məntəqəsinə, nə də Cəlilabad rayon baytarlıq idarəsinə müraciət edib. Birbaşa tələf olmuş toyuqların şəklini çəkib saytlara göndəriblər.

 

Guya quş qripi yayılıb. Bir daha təkrar edirəm ki, quş qripinin yayılması əsassız fikirdir. Əgər kütləvi tələfat olsaydı bütün kənddə baş verərdi. Halbuki belə hal baş verməyib. Sadəcə, bir həyətyanı təsərrüfatda 3-4 toyuq tələf olub”.

 

Quş qripi xəstəliyinin yayılması xəbərindən danışan Yolçu Xanvəli bildirib ki, hazırda belə bir hal yoxdur.

 

“Quş qripinin yayılması qeyri-mümkündür. Çünki bu dövrlərdə miqrasiya getmir. Yaz miqrasiyası fevralda başlayıb mayın axırlarına qədər davam edir. İkinci miqrasiya isə oktyabrda başlayıb yanvara qədər davam edir. Kəndlərdə quşların tələf olması müxtəlif səbəblərdən baş verir.

 

Buna  baxımsızlıq, qocalıq, sanitar tələblərə uyğun olmayan yerdə saxlanması, qurd xəstəlikləri kimi hallar səbəb ola bilər”. 

Y. Xanvəli qeyd edib ki, cari ildə 2 dəfə monitorinq aparılıb.

 

"Heç birində quş qripi müşahidə olunmayıb. Hazırda respublikamızda quş qripi xəstəliyinə və digər yoluxucu xəstəliklərə görə epizotik vəziyyət sabitdir".

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.