banner
banner

Gündəm

Dil qüsuru olan aparıcılar: onları siz də tanıyın - SİYAHI

Dil qüsuru olan aparıcılar:

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri teleradio məkanında ədəbi dilin normalarına əməl olunması ilə bağlı monitorinq aparıblar.

İyun-iyul aylarını əhatə edən  hesabatda ədəbi dilin normalarını pozan aparıcılarımızın adları açıqlanıb.  

 

Layihə çərçivəsində milli telekanallarda (6 ümümrespublika televiziya yaımçısının – İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV) yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub.

 

Həmin siyahıda bir sıra tanınmış aparıcılar da yer alıb. Onların arasında Elnarə Xəlilova (“Xanımlar və cənablar”), Tünzalə Əliyeva (“Yerimdəyəm”), Mikayıl Güləddinoğlu (“Ad günü”),  Lamiyyə Ələkbərqızı (“Həyat tərzi”), Aytən Səfərova (“ATV Xəbər”), Zaur Baxşəliyev (“Bizimləsən”), Lalə Azərtaş (“ATV Xəbər”), Kəmalə Piriyeva (“Hava”), İlqar Mikayıloğlu (“Xeyrə qarşı”), Hacı Nuran Hüseynov (“Həyat”), Vüsalə Əlizadə (“Qadına görə”),   Mətanət Əliverdiyeva (“5 gəlin”), Nanə Ağamalıyeva (“Nanəli”), Saleh Bağırov ( “Yeni gün”), Xoşqədəm Hidayətqızı (“Səni axtarıram” , “Bizə danış”), Sevil və Sevinc (“Hər şey daxil”), Leyla Mustafayeva (“Ənənə boğçası”), Nəsib Nur  (“Nəsib olsa”), Zaur Kamal (“5/5”), Samirə Rəhimova (“İncə şarm”), Çiçək (“Çiçəkli dəqiqələr”), Günay Firudinqızı (“Geriyə baxanda”),  İlhamə Bədəlova (“Həkimsən”),   Zümrüd Qasımova (“Gəlin danışaq”)  və sair aparıcıların adları var. 

 

Hesabatın tam versiyası ilə BURADAN tanış ola bilərsiniz.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.