Həbsxanada ana olan Lamiyə Quliyeva növbəti dəfə baş verənlər haqda danışıb.
Vəkil Fəxrəddin Mehdiyev “Qafqazinfo”ya açıqlamasında deyib ki, dünən məhkəmədə Lamiyə Quliyeva ilə görüşüb: “Lamiyə ilə danışdıq. Dedi ki, bütün fikirləri əvvəl verdiyi açıqlamaya uyğundur. Yeni və fərqli heç bir şey yoxdur.
Lamiyənin bundan öncə də hamilə qalması haqda deyilənlər yalandır. Lamiyə Vüqar Əliyev barəsində heç bir məlumat verməyib və vermək fikrində də deyil. Amma Vüqarın atasının açıqlamaları məndə təəssüf doğurur”.
F.Mehdiyev qeyd edib ki, Baş Prokurorluq uşağın olması üçün necə şərait yaradılmasını araşdırır.
Qeyd edək ki, dünən Cinayət Məcəlləsinin 317 maddəsinin 2-ci hissəsi əsasında verilən hökmlə bağlı Baş Prokurorluq tərəfindən hökmlə təyin olunan cəzanın çox ağır olması üçün apellyasiya protesti verilib. Protest hökmün dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilib.
Buraxılmış müddətin bərpası ilə bağlı da vəsatətə verilib. Həmin vəsatətə dünən Cəzaçəkmə Müəssisəsində hakim Habil Məmmədovun, prokuror Eldar Balakişiyevin, vəkil Fəxrəddin Mehdiyevin və Lamiyə Quliyevanın iştirakı ilə baxılıb və vəsatət təmin edilib. Həmin iş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.