banner
banner

Gündəm

Deputat kürdlərlə bağlı yazılanları TƏKZİB etdi – QALMAQAL

Deputat kürdlərlə bağlı yazılanları

“Uzun illərdir Azərbaycan elminin və Azərbaycan dövlətçiliyinin xidmətində olan bir şəxsəm. Bu günlərdə  mənim ümumiyyətlə söyləmədiyim ifadə sensasiya xatirinə bəzi saytlar tərəfindən səhifələrinə və xəbər başlığına çıxarılıb. Buna qəti etirazımı bildirmək istəyirəm”.

 

Bunu Modern.az saytına açıqlamasında deputat, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyev bildirib.  

 

G. Baxşəliyeva qeyd edib ki, haqqın.az saytının müxbiri telefon vasitəsilə ona İraq Kürdüstanında referenduma dair suallar verib.

 

“Və imkanım daxilində onları cavablandırmışam. Həmin saytda 20 avqust tarixində yayımlanan xəbərdə isə mənim adımdan guya kürdlərin heç zaman Azərbaycan torpaqlarına iddialarının olmalarını gizlətmədiklərini  söyləməyim qeyd edilib. Bu fikir yazının başlığına da çıxarılıb.

 

Bununla əlaqədar bildirirəm ki, mən kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməmişəm. Bu, sadəcə sensasiya axtaran sayt nümayəndəsinin öz təxəyyülünün məhsuludur. Belə sensasiyalı fikri dərhal köçürüb tirajlayan digər sayt nümayəndələri isə həmin fikrin həqiqətən deyilib-deyilmədiyini zəng edib məndən öyrənə bilərdilər. İkincisi də xəbərdə mənim söylədiklərimin əsasən vasitəsiz nitq formasında olduğu halda, başlığa çıxarılan fikrin nə üçün mətndə vasitəli nitq formasında təqdim olunması o yazıdan istifadə edənlərdə şübhə doğurmalı idi.

 

Əgər fikir başlığa çıxarılıbsa, nə üçün bu qədər əhəmiyyətli hesab edilən fikir birbaşa müsahibin sözləri ilə deyil, jurnalistin guya mənim sözlərimi dolayısı ifadəsi ilə təqdim olunub? Bütün bunlar yalnız təəssüf doğurur”-deyə deputat bildirib.  

 

Onun sözlərinə görə, digər tərəfdən Azərbaycanla bağlı qeyd edilən həmin fikir dövlətçiliyimizə ziddir.

 

“Mən, tam məsuliyyəti ilə bəyan edirəm ki, Azərbaycanda kürdlərlə bağlı heç bir problem və ya ərazi iddiası məsələsi mövcud deyil və olmayıb da. Bu fikri ancaq Azərbaycan dövlətçiliyinə və Azərbaycanda millətlər arasındakı səmimi münasibətlərə zərər vurmaq istəyən insanlar ortaya ata bilərlər”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.