banner
banner

Şou

“Hərə öz mənəviyyatını göstərir” - Qalmaqal

“Hərə öz mənəviyyatını göstərir”

Xalq artistləri İlhamə Quliyeva və Brilliant Dadaşova arasındakı qalmaqal səngimək bilmir.

“Qafqazinfo”nun məlumatına görə, İlhamə Quliyeva Brilliant Dadaşovaya türkiyəli ifaçı Ajda Pekkanın paltarını hədiyyə verməsi barədə sərt çıxışına qarşı tərəf “ATV maqazin”də münasibət bildirib.

“Mənə o fikirlər maraqlı deyil. Hər ağızdan bir avaz, hər başdan bir fikir gəlir. Ağız torba deyil ki, büzəsən. Hərə öz mənəviyyatını göstərir. Bu fikirlərə ancaq gülə bilərəm, güldüm də. Təkcə mən yox, milyonlarla insan güldü. Ajda Pekkan o libası mənə hədiyyə etdi. Onun ürəyi, sənəti, mənəviyyatı gözəldir. Mən səhnə paltarımı ən çox sevdiyim bir insana belə hədiyyə etmərəm. Orta yaşlılar, yaşlılar və səhnəyə yeni gələnlər də gündəmdə olmaq üçün adımı çəkirlər. Buna öyrəşmişəm”.

Qeyd edək ki, İlhamə Quliyeva “sən heç o paltarı geyinəndə utanmadınmı? Ancaq mən sənin yerinə çox xəcalət çəkdim”- deyərək həmkarını sərt tənqid etmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.